“Xəzər Lənkəran” səfərdə məğlub oldu

Futbol

Bu gün futbol üzrə Azərbaycan Çempionatında üçüncü turun 2 oyunu keçirilib.

XALQ.AZ-ın məlumatına görə, Zaqatalada keçirilən “Simurq” – “Xəzər Lənkəran” qarşılaşmasında meydan sahibləri qələbəyə seviniblər. “Simurq” 3 xalı 2 qolla aktivinə yazıb.

Paytaxtda keçirilən “İnter” – “Sumqayıt” duleində isə “bankirlər” böyük hesablı qələbə qazanıblar. Meydan sahibləri rəqibi 5 dəfə cəzalandırıb. Sumqayıt təmsilçisinin gücü isə 1 qol vurmağa çatıb.

“İnter” – “Sumqayıt” – 4:1
Qol: Abdulla Abatsiyev, 6 (1:0), Nizami Hacıyev, 26 (2:0), Məhəmməd Qurbanov, 40 (2:1), Alvaro Silva, 42 (3:1), Asif Məmmədov, 85

“Simurq” – “Xəzər Lənkəran” – 2:0
Qollar: Draqan Çeran, 44 (1:0), Rəşad Eyyubov, 61 (2:0)