Daha bir prospekt bağlanır

Yol

Bu gecə İnşaatçılar prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

XALQ.AZ-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, məhdudiyyət yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır.

İnşaatçılar prospektində (İzmir küçəsi ilə kəsişmədən Hüseyn Cavid parkına qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti məhdudiyyəti bu gün saat 22:00-dan etibarən başlayacaq.

Sürücülərə alternativ olaraq Ak.Şəfayət Mehdiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.

Təmir işləri “Azəryolservis” ASC tərəfindən aparılır.