Daha bir vəzifəli şəxs həbs edildi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdaşda xüsusi əməliyyat keçirib.

XALQ.AZ xəbər verir ki, əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinin sədri tutulub.

Onun rüşvət alma faktı üzrə saxlanıldığı iddia edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, yayılan məlumatla bağlı yalnız Baş Prokurorluq açıqlama verə bilər.

Baş Prokurorluğun mətbuat xidmətinə sorğu verilib…