Daha bir yol bağlanır

Yol-3

Bakı – Şamaxı – Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq.

XALQ.AZ-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Bakı – Şamaxı – Yevlax (M4) avtomobil yolunun “Muğanlı – Yevlax hissəsinin bərpası” layihəsinin Göyçay şəhərindən keçən hissəsində aparılan bərpa tikinti işləriylə əlaqədar magistral avtomobil yolunun km 209-214 (layihə üzrə km 80-85) arası avtomobil hərəkəti üçün tam olaraq 16.07.2014 tarixindən 20 gün müddətində məhdudulaşdırılacaq.

Minik avtomoblillərinin Göyçay şəhəri küçə yollarından, ağır yük maşınlarının isə Bərgüşad-Ucar yolundan istifadə etmələri xahiş olunur.

Yol tikinti işlərini həyata keçirən “Azərinşaatservis” MMC şirkətinin rəhbərliyi sürücü və sərnişinlərdən əlavə narahatçılığa görə əvvəlcədən üzr istəyir.