Daşqınlar həyatı iflic etdi

Dasqin

Balkan ölkələrində “baş qaldıran” daşqınlar Xorvatiyada xeyli sayda insanı təhlükə qarşısında qoyub.

XALQ.AZ-ın məlumatına görə, Xorvatiya hökuməti fəlakət zonasından 2 minə yaxın insanı evakuasiya etmək zərurəti yarandığını açıqlayıb.

Yeni fəlakət hələ mayda baş vemriş – son 120 ilin ən pis daşqınlarından sonra özünə gəlməmiş yerli əhalini çətin vəziyyətdə qoyub. Leysan yağışların yağması ilə çaylar məcrasından çıxıb, bundan əvvəl də zərərçəkmiş rayonlardakı evlər və yollar su altında qalıb.

Mərkəzi bölgədə yerləşən Karlovak şəhərində su səviyyəsinin daha da qalxacağı riski yaranıb.

Zərərçəkən ailələr su basmış evlərinin üst mərtəbələrinə (və ya damlarına ) çıxmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, bundan əvvəl may ayında balkan ölkələrində baş vermiş daşqınlar azı 50 nəfərin həyatına son qoymuşdu.