İsveçdə Azərbaycanlı bələdiyyə namizədi

Isvec

İsveç paytaxtı Stokholmda bazar günü keçiriləcək bələdiyyə seçkilərində namizədliyini irəli sürmüş siyasətçilər arasında güney azərbaycanlı fəal Əmir Seyfeddini də var.

XALQ.AZ-ın məlumatına görə, 21 ildir İsveçdə yaşayan Əmir Seyfeddini liberal-mühafizəkar “Moderate” partiyasının üzvüdür. O, paytaxt Stokholmun Haddinc bələdiyyəsinə seçkilərə qatılıb.

Əmir Seyfəddini müsahibəsində seçki kampaniyası və güney azərbaycanlıların İsveçdə fəaliyyətləri haqda danışıb.
Əmir Seyfəddini bələdiyyə seçkilərində iştirak etmək arzusunu uzun müddətidir siyasətə marağı və yaşadığı ölkənin siyasi-ictimai həyatına daha yaxından inteqrasiya olmaq istəyi ilə izah edib. O, İsveçdə yaşayan azərbaycanlıların siyasətdə az təmsil olunduğunu qeyd edib.

Əmir Seyfəddini gənclərin, azərbaycanlıların ikinci nəslinin İsveçin siyasi-ictimai həyatında daha yaxından iştirak edəcəyi ilə bağlı nikbin olduğunu deyir.