Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Mətbuat Şurası «Davamlı insan inkişafı» istiqaməti üzrə kurslara start verib.
Kurslarda «Media və dövlətçlik», «İnsan inkişafı konsepsiyası – inkişafın yeni paradiqması kimi», «Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlət siyasətinin KİV-də işıqlandırılması», «Davamlı insan inkişafında elm gbstəriciləri», «Təhsilin inkişafında KİV-in rolu», «Qloaballaşma və KİV», «Media və onun özünütənzimləmə mexanizmləri» və sair mövzularda müxtəlif sahələrlə bağlı tanınmış mütəxəssislərin məruzələri dinləniləcək. <p”><p”>Qeyd edək ki, ölkənin aparıcı kütləvi informasiya vasitələrindən nümayəndələrin qatıldıqları kurslar aprel ayının 28-dən may ayının 2-dək keçiriləcək və sonda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq