Dayanacaq işində 50 qəpik fırıldağı

83

 

Meriyanın təlimatına əsasən 10 dəqiqə maşın saxlamaq üçün elə bu qədər pul ödəmək lazımdır

 

Bir müddət əvvəl Prezident İlham Əliyev müşavirədə etdiyi çıxışı zamanı şəhərdə maşınların dayanacaq məsələsinə toxunaraq, bunun qaydaya salınması barədə göstəriş vermişdi. Həmin göstərişdən sonra hərəkətə keçən Bakı Şəhər İcra Hakimiyyəti qısa müddətdə şəhərin müxtəlif yerlərində dayanacaqlar təşkil edərək, oraya xüsusi aparatlar quraşdırdı. İlkin mərhələdə bunun rahatlıq olduğu diqqəti çəksə də, sonradan kurs dəyişdi. Daha doğrusu, BŞİH məsələdən özü üçün yeni qazanc mənbələri düzəltməyə başladı. XALQ.AZ xəbər verir ki, əvvəllər dayanacaqlarda quraşdırılmış aparatların 10,20 qəpik belə ataraq, qısa müddətdə maşını park etməyin mümkün idi. Lakin sonradan bu prinsip dəyişməyə başlayıb. Əməkdaşlarımızın araşdırmalara görə, hal hazırda həmin aparatlara nəzarət edən işçilərə təlimat verilib ki, avadanlıqlara yalnız 50 qəpik salınmasını təmin etsinlər. Yəni, əgər maşın sahibi maşınını 10-15 dəqiqəliyə saxlamaq üçün aparata 10,20,30 qəpik sala bilirdisə, indi vaxtından asılı olmayaraq bu məbləğ 50 qəpikdir. Qeyd olunur ki, BŞİH-nin təlimatına əsasən həyata keçirilən proses gün ərzində yüz minlərlə manat əlavə qazanc götürməyə imkan verir. Bu barədə düşünən İcra Hakimiyyətindəki «ağıllı» adamlar addım ataraq, artıq istəklərini həyata keçirirlər.

Görəsən Bakı meri Hacıbala Abutalıbovun bu mələdən xəbəri varmı?

 

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq