Depuatatlar ölkədə dərman qıtlığı, bahalığı və keyfiyyətsizliyindən şikayələnirlər

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında “Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı depuatatlar ölkədə dərman qıtlığı, bahalığı və keyfiyyətsizliyindən şikayələndilər.

Müzakirələr zamanı qaldırılan məsələləri səhiyyə nazirinin müavini Rasim İsmayılov cavablandırdı.

 

Onun cavabları deputatları qane etmədi. 

Deputat Hikmət Babaoğlu vətəndaşların xaricdən dərman gətirməsinə icazə verilməməsi və həmin dərman vasitələrinin sonda apteklərdə  satılmasi ilə konkret faktların olması, bununla bağlı tədbirlər görülməsi və sair məsələlərə aydınlıq gətirməsini istədi.

Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov da  nazir müavinin səsləndirdiyi fikirlərə etiraz edərək bildirdi ki, vətəndaşın gətirdiyi dərmanın aptekdə satılması  həqiqəti əks etdirmir.

“Çox nadir belə faktlar ola bilər. Eyni zamanda bu dərmanın keyfiyyətinə və bahalığına təsir göstərə bilməz. Əgər dərmanın keyfiyyəti aşağıdırsa, deməli, bu başqa yolla daxil olub və bu məsələlər araşdırılmalıdır”, – o qeyd edib.

Məsələ ilə bağlı reaksiya verən Milli Məclis sədri Sahibə Qafqarova bildirib ki, Səhiyyə Naziriliyi burada qaldırılan məsələlərlə bağlı hesabatı hazırlayıb parlamentə məlumat  versin.