Deputat 70 yaşlı xalq artisti ilə görüşdü – Foto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva xalq artisti Arif Quliyevlə görüşüb.

XALQ.AZ xəbər verir ki, Qənirə Paşayeva Mədəniyyət komitəsi adından xalq artistini doğum günü və yubileyi münasibətilə təbrik edib, sənətkara bundan sonrakı yaradıcılıq fəaliyyətində uğurlar diləyib.

Qənirə Paşayeva qeyd edib ki, A.Quliyev Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətləri olan, komediya janrında bir çox unudulmaz obrazlara adını həkk etmiş dəyərli sənətkardır.

Qeyd edək ki, xalq artisti Arif Quliyev 1950-ci il mayın 16-da Şirvan şəhərində anadan olub.

Görüntünün olası içeriği: 2 kişi, oturan insanlar, masa, ekran ve iç mekan

XALQ.AZ