Deputat Adil Əliyev:”…əziz türk xalqım…”

Türk xalqının milli qurtuluş savaşı türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifəsidir.

XALQ.AZ xəbər verir ki, bu fikirləri millət vəkili Adil Əliyev Türkiyə Respublikasının yaranmasının 95 illiyi ilə bağlı təbrik edərkən bildirib.

“Bu gün də Azərbaycan ilə Türkiyəni tarixin sınaqlardan mətanətlə çıxmış qardaşlıq, dostluq bağları sıx birləşdirir. Bu gün də türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ulu öndərimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamları yolumuza nur saçır. Fəxrlə deyə bilərik ki, müasir dövrdə Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Biz sizinləyik dəyərli qardaş və bacılarım, əziz türk xalqım”,-deyə millət vəkili vurğulayıb.

Orxan