Deputat Anım Günündə şəhid məzarlarını ziyarət etdi

Anım günündə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Həmyəli, Qurdtəpə, Şərədil, Adnalı, Məlikçobanlı, Ovculu, Göylər kəndlərində və Şamaxıda “Yeddi Kümbəz” qəbiristanlığında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər.

Millət vəkili bildirib ki,şəhidlərimizi hörmət və ehtiramla yad edilib . Hər birimiz bu gün yaşadığımız qürur və fərəh hissinə görə şəhidlərimizə borcluyuq. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm.