Millət vəkili Polşada Azərbaycan səfirliyində Anım Gününə qatıldı

Sentyabrın 27-də Varşava şəhərində Anım Gününün qeyd edilməsi çərçivəsində Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı və bu ölkənin dövlət qurumlarının, işgüzar dairələrinin, diplomatik korpusun, yerli mətbuatın, diasporamızın nümayəndələrinin iştirakı ilə “Biz” tarixi-sənədli filmin təqdimatı keçirilib.

Milli Məclisin deputatı Kamran Bayramov Anım Günündə iştirak edib.

Milli Məclisinin üzvü Kamran Bayramov çıxış edərək bildirib ki, Ermənistanın təcavüzü nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal edildiyini, etnik təmizləmə aparıldığını və bir milyon azərbaycanlının doğma torpaqlarından didərgin salındığını bildirib. Kamran Bayramov BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin icra edilmədiyini bildirib, ATƏT-in Minsk qrupunun vasitəçilik cəhdlərinin nəticə vermədiyini vurğulayıb.

K.Bayramov 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti təxribatından sonra Azərbaycanın BMT nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatları başladığını və ərazi bütövlüyünü bərpa etdiyini bildirib.

Həmçinin Səfir Nərgiz Qurbanovanın təşəbbüsü ilə Polşada təlimlərdə olan hərbçilərimizlə görüş keçirilib . 44 günlük Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edilib.