Deputat AŞPA-da Ermənistanın müharibə cinayətləri barədə çıxış edəcək

Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın yaz sessiyasında iştirak edir.

Millət vəkili XALQ.AZ-a bildirib ki,bu gün Büronun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli azlıqlar və digər mövzularda müzakirələr aparılacaq. Gündəmdə olan bəzi mövzuların ( Aleksey Navalnı məsələsi, Türkiyədəki demokratik qurumların fəaliyyəti, Covid-19 peyvənd sertifikatlarının insan hüquqlarına təsiri kimi məsələlər) müzakirəyə çıxarılması məsələlərinə baxılacaq. Moldova Respublikasının Prezidentinin çıxışı gözlənilir.

Bizim də çıxışlarımız gözlənilir, minalanmış ərazilər, Ermənistanın müharibə cinayətləri , dağıdılmış mədəni irs və s. məsələləri gündəmə gətirəcəyik.