Prezident Ramiz Həsənovu səfir təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad edib. 

XALQ.AZ xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. 

Dövlət başçısının digər sərəncamı ilə R.Həsənov Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Qeyd edək ki, R. Həsənov 2008-ci ildən nazir müavini vəzifəsini icra edib.

Prezidentin Sərəncamı ilə Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.Qeyd edək ki, Anar Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun oğludur.

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

XALQ.AZ