Deputat: “Azərbaycan bir çox ölkələr üçün sadiq tərəfdaşdır”

Biz 44 günlük şanlı mübarizəmizdən sonra, qələbəmizdən sonra çox qısa müddətdə quruculuq işlərinə başladıq, itirilmiş torpaqlarımızda, yenidən azad etdiyimiz, bizim olan torpaqlarımızda quruculuq işlərinə start verdik. Bu gün Azərbaycana maraq hər zamankından daha da çoxdur. Azərbaycan illərdən bəri sadəcə bölgə ölkələri ilə deyil, hğm də dünyanın bütün aparıcı dövlətləri ilə mehriban dostluq, əməkdaşlıq şəraitində yaşıyır. Azərbaycan artıq uzun illərdir ki, bir çox dünya dövlətləri ilə müxtəlif sahələrdə əlaqələrini qurub və möhkəmləndirir. Belə ölkələrdən biri də əlbəttə ki, İtaliyadır. Dünən  İtaliyanın nəhəng şirkətlərindən birinin rəhbəri ilə ölkə başçısı cənab prezident İlham Əliyevin görüşü oldu. Düşünürük ki, bu görüşün özünün  də bir  təməli,  bir əsası var. Bir az əvvəl də söylədiyimiz kimi, Azərbaycanın bütün dünya ölkələri ilə balanslı, məqsədyönlü siyasət həyata keçirməsi,  həm də Azərbaycanın stabil və gələcəyi parlaq olan ölkələr içərisində yer alması  gündən günə Azərbaycana olan marağı artırır. Əgər biz İtaliya- Azərbaycan münasibətlərindən danışırıqsa, xüsusilə də iqtisadi münasibətlərdən danışırıqsa, yeni başa vurmuş olduğumuz 2020-ci ildə ölkə Prezidenti İlham Əliyevin geniş bir nümayəndə heyətiylə  İtaliyaya səfərini unutmamalıyıq. Həmin səfər ümumiyətlə 2020-ci ildə İtaliyanın özünə edilən ilk dövlət rəhbəri səfəri idi. Yəni, İtaliya 2020-ci ildə ilk dəfə Azərbaycan rəhbərini qəbul edərək, özünün həmin ildə beynəlxalq  iqtisadi, diplomatik sahədı ilk addımını atdı. Həmin səfər çərçivəsində İtaliya ilə Azərbaycan arasında 28 adda sənəd imzalandı, 28 sahəni əhatə edən çox əhəmiyyətli müqavilələr  imzalandı. Və əlbəttə ki bu sənədlərin arxasında hər iki ölkənin, bölgənin inkişaf perspektivləri dayanır. Əlaqələr sadəcə bununla bitmir.  Bu gün İtaliyanın Cənubi Qafqazda mövcud olan ticarət əlaqələrinin 92 faizi Azərbaycanln öhdəsinə düşür. Yəni Azərbaycanla İtaliya arasındakı münasibətlərin həcmi ümumilikdə Cənubi Qafqazın 92 faizini təşkil edir. İtaliya bu gün Azərbaycan neftinin 17 faizinin istehlakçısıdır, TAP layihəsinin üzvüdür və əlbəttə ki, bütün bunlar bu iki ölkənin münasibətlərinə bir müstəsnalıq qazandırır, böyük bir əhəmiyyət verir.Azərbaycan bir az əvvəl də söylədiyimiz kimi, hətta dünyanın fövqəldövlətləri üçün, böyük strateji mərkəz adı daşəyan ölkələr üçün çox önəmli bir tərəfdaş və partnyordur.  Dünyada ikitərəfli, çoxtərəfli münasibətlər qarşılıqlı inam,  etibar,  həmin ölkələrdə mövcud olan stabillik, əmin-amanlıq prinsipləri əsasında qurulur. Münasibətlər bütün sahələr üzrə oturuşmuş, inkişaf etmiş iqtisadiyyata, sənayeyə sahib olan, həm öz milli-mənəvi dəyərlərini qoruya bilən,  həm də digər ölkələrin dəyərlərinə hörmətlə yanaşan,  tolerantlığa əhəmiyyət verən güclü dövlətlərlə qurulur. Bu gen İtaliyada  Azərbaycan neftinin 17 faizinin istehlak olunması bəzi ölkələrlə birlikdə həm də Ermənistanın qıcığına səbəb olur. Çünki Azərbaycanın imzaladığı hər bir beynəlxalq müqavilə bie daha  Azərbaycanın gücünü  göstərir, Azərbaycanın gələcək inkişafını təmin edir. Əlbəttə ki, getdikcə güclənən, möhkəmlənən Azərbaycan, Dağlıq Qarabağlı Azərbaycan,  Ermənistanı və onun havadarlarını məmnun edə bilməz. Lakin Ermənistanın bu sahədəki addımları da digərləri kimi fiaskoya uğradı. Çünki dünya əlbəttə ki, birinci növbədə daha çox iqtisadi maraqlar üzərində dayanır. Hər bir dövlətin bir ölkədə öz iqtisadi maraqları, siyasi maraqları olur və Azərbaycanla münasibətlər  həmin ölkəyə, onun xalqına, insanına divident qazandırırsa, irəliyə doğru inkişaf qazandırırsa, əlbəttə ki,  həmin ölkə Azərbaycanla münasibətlərini qoruyub saxlamağa çalışacaqdır. Eyni zamanda Azərbaycan üçün də bu prioritet məsələlərdən biridir. Və bir məqamı da unutmayaq,  biz sadəcə iqtisadi və siyasi məsələlərdən danışmırıq. Bir az əvvəl vurğuladığımlz kimi, ölkələr arasındakı münadibətlər həm də  milli-mənəvi dəyərlərə verilən qiymətə əsaslanır. Bu mənada  Heydər Əliyev Fondunun bütün dünyada, o cümlədən İtaliyada – Romadakı, Vatikandakı fəaliyyətini unutmamalıyıq. Həyata keçirilən möhtəşəm layihələr,  xüsusilə birinci vitse-prezident, xanım Mehriban Əliyevanın birbaşa rəhbərliyi ilə baş tutan layihələr bir daha Azərbaycanın üstün mövqeyini  ortaya qoyur və Azərbaycana böyük dividentlər və dostlar qazandırır.Ölkə prezidentinin bir neçə gün əvvəl AzTV-yə  müsahibəsində də vurğuladığı kimi, biz Qarabağda, Şuşanın işğaldan azad olunmasından cəmi 6 gün sonra, noyabr ayının 16-da Şuşaya yol çəkməyə başladıq. Bu çox əhəmiyyətli bir məsələdir. Əlbəttə ki, bu layihələr birdənbirə həyata keçirilə bilməz. Bu layihələr mərhələli şəkildə həyata keçiriləcəkdir. Cənab prezident, müsahibəsində həmin layihələrin həyata keçirilmə prunsipinin, ardıcıllığının da anonsunu  vermiş oldu. Əlbəttə ki, bu mərhələli inkişafda dünyanın bir çox şirkətləri, o cümlədən Türkiyə və İtaliya şirkətləri, eyni zamanda arzu edən və bizə dost olan ölkələri  digər şirkətlər də iştirak edə biləcəklər. Birinci növbədə biz o torpaqları minalardan təmizləyəcəyik, digər tərəfdən həmin ərazilərin böyük layihələri artıq  hazırlanır. Və əlbəttə düşünürük ki, Türkiyə və İtaliya şirkətləri bu şirkətlər içərisində öncüllər sırasında olacaqdır.Bir sözlə, Qarabağımızı yenidən qururuq, ona yeni nəfəs, yeni həyat qazandırırıq. Qarabağda başladıtğımız bütün çalışmalarımız mübarək olsun.

Jalə Əliyeva

Milli Məclisin deputatı

XALQ.AZ