Deputat şəhid ailələri ilə görüşdü-Fotolar

Milli Məclisin deputatı Səbinə Xasayeva Vətən Müharibəsi şəhidlərinə baş çəkərək onların problemlərinin həllini nəzəratə götürüb.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı, Səbinə Xasayeva seçildiyi Qaradağ rayon Lökbatan qəsəbəsində yaşayan şəhidimiz Əliyev Amil Novruz oğlunun ailəsinə baş çəkib. Şəhidin valideynləri ilə söhbət edib, onların gündəlik qayğı və problemləri ilə maraqlanıb. Onların qaldırdıqları problem və məsələlərin həll edilməsini nəzarətdə saxlayıb. Həmçinin millət vəkili Xocəsən qəsəbəsində yaşayan daha iki şəhid ailəsinə ziyarət edib. .Şəhid valideynləri ilə söhbət edib, onların gündəlik qayğı və problemləri ilə maraqlanıb. Onların qaldırdıqları problem və məsələlərin həll edilməsini nəzarət edəcəyini bildirib. Qeyd edək ki, millət vəkili son günlər bir neçə şəhid və qazi ailəsinə baş çəkib, onların problemləri ilə maraqlanaraq lazımi orqanlara müraciət edib. 

XALQ.AZ