Deputat: “Bölgədə sülhün əsas təminatçısı Azərbaycan zabiti və əsgəridir”

21 sentyabr Beynəlxalq Sülh Günüdür. Bu gün BMT tərəfindən 1981-ci ildə təsis edilib. Beynəlxalq Sülh Günü ümumdünya atəşkəs günü kimi də qeyd olunur.

Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Millət vəkili qeyd edib ki, ötən il Vətən müharibəsinin başlamasından cəmi 6 gün əvvəl – sentyabrın 21-də bütün dünyanın atəşkəs gününü qeyd etməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutmağa, dinc sakinlərimizi qətl etməyə davam edirdi.Müasir dünyamızda aqresiya və zorakılıq halları getdikcə artır. 30 illik işğal dövrünü yaşamış xalqımız sülhün dəyərini bilir. Dövlətimizin qarşısında duran əsəs vəzifə vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Bu məsul vəzifə qalib ordumuzun üzərinə düşür. Bölgədə və sərhədlərimizdə sülhün əsas təminatçısı Azərbaycan zabiti və əsgəridir