Deputat çağırış etdi

Bu gün Covid-19 virusundan vaksinlənmə prosesinin ikinci mərhələsindən keçdim.

Bir ay bundan əvvəl olduğu kimi, bir daha hər birinizi bu prosedura dəvət edirəm. Yaxınlarınız, cəmiyyətimiz, dövlətimiz naminə. Nə qədər sağlam olarıqsa, o qədər də güclüyük!

Bunu Milli Məclisin deputatı Eınur Allahverdiyev şəxsi facebook hesabında yazaraq çağırış edib


Millət vəkili bildirib ki,insan tarix boyu müxtəlif xəstəliklərlə, fərqli viruslarla mübarizə aparıb və xüsusilə, XX əsrdə tibb elminin inkişafı sayəsində onlara qalib gəlməyi bacarıb. Vərəmi, malyariyanı, müxtəlif növ qripləri məhz vaksin, peyvənd vasitəsilə neytrallaşdırmaq mümkün olub. Körpə həyata göz açandan sonra sahə həkiminin nəzarəti altında poliklinikalarda peyvəndlənəndə çoxmu valideyn qorxu, təlaşa düşürdü?
Azərbaycan əhalisini peyvəndləməyə başlayan ilk ölkələrdəndir. Məhz buna görə də bizdə pandemiyanın göstəriciləri nəzarət olunan səviyyədədir. Bu gündən etibarən kinoteatrlar, teatrlar qapılarını vətəndaşların üzünə açıb. Övladlarımız orta və ali məktəblərə gedirlər. Bütün bunların hamısı məhz vaksinasiya hesabına mümkün olub. Sağlamlığımızın qeydinə qalaq deyə deputat qeyd edib.