Deputat: “Ermənilər bölgədə gərginlik yaratmaq istəyirlər”

Azərbaycan prezidenti İlham Əliyev konkret fikir bildirdi: “Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz”. Bu etiraz Ermənistan rəsmilərini Qarabağa buraxan Rusiya sülhməramlılarına ünvanlanıb. Artıq heç kimə sirr deyil ki, rus sülhməramlıları onlara verilən mandatdan kənar addımlar atır, bəzi özbaşına qərarlar verirlər. Çox guman ki, bu məsələ prezidentlərin Moskvada keçirilən 3 tərəfli görüşündə müzakirə ediləcək. Məsələyə Milli Məclisin deputatı Nəsib Məhəməliyev aydınlıq gətirdi.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev tam haqlı olaraq narazılıqlarını bildirdi. Üç tərəfli bəyannamə imzalanandan sonra Fransa parlamentinin bir qrup üzvünün Azərbaycanla razılaşdırmadan Qarabağ ərazisinə qanunsuz səfər etməsi, Ermənistanın xarici işlər nazirinin Xankəndinə gəlməsi və separatçıların “lideri” ilə sənədlər imzalaması Rusiya sülhməramlılarına olan inamı azaldır. Sülhməramlı funksiyasına aidiyyəti olmayan bəzi addımlar da, nizamlama prosesinə maneçilik törədən amillərdir. Kimliyindən asılı olmayaraq, beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərimizə daxil olan hər kəs barədə Azərbaycan hökumətinin məlumatı olmalı və rəsmi icazə almalıdır.

Bəyannamənin müddəalarının pozulması erməni diasporundan və lobbi təşkilatlarından başqa heç kimə sərf etmir. Yalnız onlar maraqlıdırlar ku, bölgədə gərginlik hökm sürsün. Bununla da maliyyə və digər ambisiyalarını qoruyub saxlasınlar. Erməni xalqı özündə güc tapıb bu əsarətdən qurtarmasa, cənab Prezident çox dəqiq fikrini bildirdi. Dəmir yumruq yerindədir. Əvvəlki illərdən fərqli olaraq, Azərbaycanın təsir imkanları kifayət qədərdir.
N.Məhəməliyev bildirb ki, nizamlama prosesinə mane olan bir çox məsələlər danışıqlar predmeti olacaqdır. Bunlar olmadan bölgədə sabitlik yaratmaq mümkün deyil.