Deputat: “Ermənistan bölgədə təxribat və terrorla məşğuldur”

“Yüz illərdir ki, bir layihə olan Ermənistan dövləti yerləşdirildiyi bölgədə təxribat və terrorla məşğuldur. Azərbaycan və Türkiyə birliyinə zərər vurmaq və sarsıtmaq məqsədilə yaradılan bu layihə dövlət bu gün də təxribatlarını davam etdirir”. Bu sözləri millət vəkili Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, son zamanlar Avropanın mərkəzində yazılmış ssenari ilə başladılan “tır şousu” hələ də davam edir: “Təəssüflər olsun ki, bu təxribata, manipulyasiya oyunlarına Avropa İttifaqı və digər qüvvələr də alət kimi istifadə olunur. Bu proses çox təəssüf doğurur. Çünki Avropa artıq qocaldığını göstərir.

Törədilən təxribatlar BMT TŞ-nin iclasında da hesablanır. BMT 30 ilə yaxın qəbul etdiyi 4 qətnaməni arxasında dura bilmədi. Azərbaycan isə öz gücü hesabı ərazilərini işğaldan azad edib, böyük qələbəsini qazandı. Bu gün də qələbəmizin arxasındayıq. Azərbaycan əzəmətli, qürurlu ölkə kimi yaşayır. Ermənistan əl atdığı bütün təxribatlar qarşısında güclü Azərbaycanı görəcək”.