Deputat-Ermənistan niyə sülh müqaviləsinin imzalanmasını yubatmaq istəyir?
Milli Məclisin iclasında çıxış edən deputat Elman Nəsirov dedi ki, Ermənistan sülhdən danışsa da, ən azı 2027-ci il fevralın 19-a qədər sülh müqaviləsinin imzalanmasını yubatmaq istəyir.
XALQ.AZ-ın məlumatına görə o xatırlatdı ki, Brüsseldə Avropa İttifaqı ölkələrinin səfirlərinin toplantısında 2027-ci ilin fevral ayının 19-na qədər Aİ-nin Ermənistandakı mülki missiyasının müddəti uzadılıb:
“Heç kimə sirr deyil ki, bu, mülki missiya deyil, casus şəbəkəsidir və ordakılar diplomat deyil, kəşfiyyatçıdırlar. Niyə onlar Aİ-nin mülki missiyası adlanmalıdırlar?”.
E.Nəsirov vurğuladı ki, missiyaya Kanada nümayəndələri də daxildir və belə olan halda bu qrupu Aİ-nin missiyası adlandırmaq olmaz:
“Kanada NATO ölkəsidir. Onda gərək biz də deyək ki, Aİ-də NATO missiyasından söhbət gedir. Yəqin ki, perspektivdə mülki-hərbi, sonra isə hərbi missiyaya çevirilməsi istisna deyil”.