Deputat Göyçayda görüş keçirdi-Fotolor

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev seçicilərlə mütamadi görüşlərini davam etdirir. 

XALQ.AZ xəbər verir ki, 12 May 2022-ci il tarixindəəraziyə növbəti səfəri çərçivəsində deputat Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim və tələbə kollektivi ilə görüşdü.

Görüş zamanı millət vəkilinin təşəbbüsü ilə İkinci Qarabağ – Vətən Müharibəsişəhidləri haqda ərsəyə gələn sənədli filmin nümayişi baş tutdu.

Sonra M.Əfəndiyev milli dəyərlərimiz və vətənpərvərlik ruhunun aşılanması mövzusuna toxunaraq ölkə rəhbərliyinin gənc nəsilin uğurlu, o cümlədən dayanıqlı gələcəyi naminə diqqət və qayğısını xüsusi vurğulamışdır.

Keyfiyyətli təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, pandemiya dövrünun çətinlikləri fonundamüasir çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd etdi.

Gənclərə öz tövsiyyələrini çatdıran millət vəkilitəhsilə məsuliyyətli yanaşmanın bütün uğurların əsası olduğunu vurğuladı.

Daha sonra M.Əfəndiyev kollecin şəraiti və tədris prosesi ilə yaxından tanış oldu,eyni zamanda pedaqoji kollektiv tərəfindən səsləndirilən təkliflər də müzakirə olundu.

Sonda görüş iştirakçıları təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirərəkfilmin təbliği işində öz səy və bacarıqlarını əsirgəməyəcəklərini vurğulamışlar.