Deputat həmkarını bir yumruğa yerə yıxdı – (VİDEO)

Ukrayna parlamentində növbəti dava.

Ukrayna Ali Radasında insident baş verib.

XALQ.AZ-ın məlumatına görə, Ukrayna Ali Radasında deputatlar yenə də dalaşıb. Bu dəfə mübahisə deputat Aleksandr Şevçenko ilə Radikal partiya lideri Oleq Lyaşko arasında baş verib.

Parlamentin dəhlizində Lyaşko Şevçenkonu antiterror əməliyyatları gedən zonada olmamaqda, baş verən qarşıdurmaya dəstək verməməkdə ittiham edib.

Uzun mübahisədən sonra Şevçenko geri dönərək Lyaşkoya yumruq zərbəsi endirib. Müxalif millət vəkilinin vurduğu yumruğun təsirindən Lyaşko özünü itirib və bir müddət ayaq üstə dayanmaqda çətinlik çəkib.

Həmin mübahisənin videosunu sizə təqdim edirik: