Oğru qardaşlar tutuldu

Ogru

Bakının Sabunçu rayonunda oğurluqda şübhəli bilinən iki qardaş tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Elnur Yaqubov və qardaşı Elmir Yaqubov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, onlar aprelin 2-də Vüqar Mirimovun Q.Vəzirov küçəsindəki evindən 3000 manat, noutbuk və qızıl-zınət əşyaları oğurlayıblar. Bundan başqa, qardaşlar mayın 23-də həmin küçədə Ramil Alıyevin evindən mobil telefon, iyunun 12-nə keçən gecə isə rayon ərazisində yerləşən xəstəxanada Qurban Orucova məxsus 2 ədəd mobil telefonu oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.