Deputat: “İndi bu layihələrin icrası kənd yerlərini əhatə etməkdədir”

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələr uğurla icra edilmiş, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm nəticələr əldə olunmuşdur”. Bu sözləri  deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Demək olar ki, bütün rayon mərkəzlərində içməli su və kanalizasiya xidmətləri yenidən qurulmiuş, insalar 24 saat fasiləsiz içməli su ilə təmin olunmaqdadır. İndi bu layihələrin icrası kənd yerlərini əhatə etməkdədir. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə 12 milyon manat vəsaiti müvafiq quruma ayırmaqla İsmayıllı rayonun 9 kəndinin 11 min əhalisinin içməli su ilə təminatı müasirləşdirilərək mövcud çətinliklər aradan qaldırılacaq.

Bu gün dövlətimiz üçün əsas prioritet istiqamət işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasıdır. Bu işlərin görülməsinə dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılır. Bununla yanaşı, digər regionların inkişafı proqramları da təxirə salınmadan icra olunur. Bunu ölkə başçısının siyasətinin təməlində vətəndaşın dayandığının və dövlətimizin gücünün göstəricisi hesab edirəm”.