Deputat: “İstənilən yüksək səviyyəli təşkilatda bizə qarşı qərarlar qəbul edilsə belə, bu bizi təəccüübləndirməyəcək”

İstənilən yüksək səviyyəli təşkilatda bizə qarşı qərarlar qəbul edilsə də, bu bizi təəccüübləndirməyəcək. Bunu arzulamırıq, ancaq hesab edirik ki, BMT başqa olmaqla digər bütün böyük təşkilatlar, böyük dövlətlər bu məsələdə daha rassional olacaq, daha doğru və düzgünün yanında olaraq ədalətli qərarlar, bəyantlar verəcəklər.

Bu sözləri Tribunainfo.az-a deputat Vüqar İskəndərov Ermənistanın günlərdir davam etdirdiyi “humanitar böhran” şousunun Azərbaycan üçün hansı nəticələr verə biləcəyindən danışarkən deyib. Deputat bildirib ki, BMT və digər başqa təşkilatların da bizə qarşı qətnamə və bəyanatları artıq bizi təəccübləndirmir:

“30 illik münaqişə dövründə biz dünyanın, beynəlxalq aləmin nə qədər ədalətsiz idarə olunduğunu, qanunların neçə tapdandığının şahidi olmuşuq. Torpaqlarımızın işğal altında olması, məcburi köçkünlərimiz yurd-yuvasız qalması, Naxçıvanın blokadada saxlanılması və bu kimi ədalətsizliklərə qarşı dünya illər idi ki, kor idi. Bu, bütün beynəlxalq konvensiyaların ayaq altına atılması demək idi. Dünya, beynəlxalq aləm buna göz yumdu, susdu. Münaqişəni həll etmək üçün hətta Minsk qrupu adlı bir oyuncaq təşkilat yaradaraq 30 ilə yaxın zaman aldılar. Bu illər ərzində Ermənistan bu məsələni öz xeyrinə həll etmək üçün çabaladı. Ancaq Azərbaycan xalqı öz gücü, xalqın birliyi, yekdilliyi, Ali baş komandan İlham Əliyevin qətiyyəti, siyasi biliyi və təbii ki, Ordumuzun qəhrəmanlığı nəticəsində ədaləti bərpa etdi. Azərbaycan özü beynəlxaq hüquqü öz gücünə bərpa etdi.

Azərbaycanın qələbə çalan tərəf olmasına baxmayaraq yenə də sülh üçün əlindən gələni edir, münaqişənin birdəfəlik bitməsi üçün çalışır. Lakin Ermənistan hələ də bu və digər yollarla sülhü ləngidir, münaqişəni uzadır. Bu gün Ermənistan yaxşılığa doğru bir irəliləyiş baş verdikdə onu əngəlləmək üçün hər yola əl atır. Sonuncu “humanitar yük” şousu da bu qəbildəndir. Hiss olunur ki, bu plan Ermənistanda deyil, başqa paytaxtlarda qurulmuş, planlaşdırılmış oyundur.

Azərbaycan heç vaxt o yüklərin daşınmasına imkan verməyəcək. Təəssüfləndirici haldır ki, bu şouya, yalançı məlumatlara uyan dövlətlərlə yanaşı beynəlxalq təşkilatlar da var. Burada xristian qardaşlığı hiss olunur.

Ancaq unutmasınlar, istənilən yüksək səviyyəli təşkilatda bizə qarşı qərarlar qəbul edilsə belə, bu bizi təəccüübləndirməyəcək. Bunu arzulamırıq, ancaq hesab edirik ki, BMT başqa olmaqla digər bütün böyük təşkilatlar, böyük dövlətlər bu məsələdə daha rassional olacaq, daha doğru və düzgünün yanında olaraq ədalətli qərarlar, bəyanatlar verəcəklər”.