Bahalaşan və ucuzlaşan məhsullar

İyulda əvvəlki aya nisbətən ərzaq mallarında 1,6 faiz ucuzlaşma qeydə alınıb. 

Ət və ət məhsulları istisna olmaqla bütün əsas ərzaq mallarında qiymətlər enib.

Ən çox ucuzlaşma tərəvəz məhsullarında müşahidə olunub. Tərəvəzlərin qiymət səviyyəsi 6,6 faiz düşüb.

Tərəvəzlərdən badımсan, xiyar, pomidor, göy lobya, soğan və kartofun qiyməti enib.

Ucuzlaşma sürəti böyük olan məhsullar arasında meyvələr də var. Bir ayda meyvələrin qiymət səviyyəsi 2,8 faiz azalıb.

 

Meyvələrdən üzümün, bananın, armudun, gavalının qiyməti azalıb. 

Tərəvəz və meyvədan başqa yumurtanın qiyməti 1,7 faiz, çörəyin qiyməti 1,1 faiz, yağların dəyəri 1,1 faiz enib.

Ərzaq mallarından yalnız ət və ət məhsulları bahalaşıb. Bu qrup malların qiymətində 0,2 faiz artım qeydə alınıb.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən bahalaşan və ucuzlaşan ayrı-ayrı ərzaq məhsullarının adları açıqlanıb.

Bahalaşma əsasən qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunub.

Ucuzlaşma isə çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün, pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın, yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göy lobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın qiymətlərində görülüb.

Bundan başqa, iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.