Deputat: “İtirən Ermənistan dövlətçiliyi və erməni xalqı olacaq”

“Ermənilər öz gələcək talelərini  bu coğrafiyaya bağlyıb, sülh və təhlükəsiz şəraitdə yaşamalarını davam etdirmək istəyirlərsə, o zaman  Ermənistan vaxt itirmədən Azərbaycanın şərtləri daxilində sülh sazişini imzlamalıdır”. Bunu  İltizam Yusifov deyib. Bildirib ki, müharibəni uduzan ermənistan özünə yeni ağa axatışındadır: “Amma bütün bu axtarışların hamısı əbəsdir. Ermənilər anlamalıdırlar kki, bundan sonra kimsənin onların əvəzində vuruşmaq niyyəti yoxdur.  Ermənilərin bölgədə təhlükəsizliyini  ən etibarlı şəkildə təmin edəcək ölkələr varsa, onlar Azərbaycanla Türkiyədir. Bunun da yolu Bakının şərtləri daxilində sülh sazişi imzalayıb, Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi və digər iddialardan əl çəkib  beynəlxalq hüquq normalarına uyğun şəkildə normal qonşuluq münasibəti qurmaqdan keçir. Ermənilərin bundan başqa alternativi yoxdur”. Deputat əlavə edib ki, alternativ variant kimi bölgədən kənarda özünə “təhlükəsizlik çətiri”  və ya ağa axtarışı heç bir effekt verməyəcək: “Bu əksinə bölgədə  maraqlı güclərin toqquşmasına və  gərginliyin davam etməsinə xidmət edəcək. O baxımdan da  Ermənistan sülhdən yayınma və vaxt uzatmaq cəhdlərindən heç nə əldə etməyəcək, əksinə bu cəhdlərlə özünü daha da dalana dirəyəcək. Bundan da itirən Ermənistan dövlətçiliyi və erməni xalqı olacaq”.

O qeyd edib ki, Ermənistan dünyadakı və bölgədəki geosiyasi proseslərin inkişaf tendensiyasını düzgün qiymətləndirib, buna uyğun addım atsalar daha faydalı ola bilər: “Ermənilər onu da anlamalıdırlar ki, artıq prosesi geri döndərmək mümkün olmayacaq. Əgər onlar havadarlarının dediklərinə uyurlarsa və dirnaqarası liderlərinin arxasınca getməyə davam edəcəklərsə, bunun acı aqibətini yenə erməni xalqı yaşamalı olacaq. Çünki həmin havadarlar ermənilərin xoş gələcəyi deyil, bölgədə öz maraqlarını təmin etmək düşündürür. Bu məqsədlə də ermənilərdən bir alət kimi istifadə edirlər.

Hesab edirəm ki, ermənilər  nəhayət dövlət başçısı İlham Əliyevin “Euronews”ə müsahibəsində ciddi nəticə çıxarmalıdırlar: “Dövlət başçısı bir daha qalib ölkə olmasına baxmayaraq bölgədə dayanıqlı sabitliyin, inkişafın, təhlükəsizliyin təmin olunması məqsədi ilə tarixin qaranlıq səhifəsini bağlayıb, başqa bir ölkənin ərazisinə iddiası olmadığını qeyd edərək, sülhə hazır olduğunu bəyan etdi.

Prezident onu da bəyan edib ki, revaşist, separat  meyllərə imkan verilməycək və bunun qarşısı qətiyyətlə alınacaq. Bununla əlaqədar olaraq Qarabağda yaşayacaq ermənilərə də öz gələckləri ilə bağlı seşim etmələri barədə açıq mesajını verdi. Onlar Bakının şərtlərini qəbul edib, Azərbaycan cəmiyyətinə  inteqrasiya olunmaq istəyirlərsə,  təhlükəsizliklərinə ən yüksək səviyyədə  təminat verilir. Yox, istəmirlərsə, seçim onlarındır və onları çox çətin  proqnozlaşdırılası bir tale gözləyir. Çünki Azərbaycan onun ərazisində hər hansı separat meyllərə imkan verməyəcək. Dövlət başçısı bununla bağlı Azərbaycanın qətiyyətli mövqeyini bir daha nəinki ermənilərə, o cümlədən beynəlxalq aləmə açıq və sərt formada çatdırdı. Ölkə başçısı beynəlxalq aləmi hələ də separatizm meyllərinə ikili standartlarla və ədalətsiz yanaşmasını sərt tənqid edərək bildirdi ki, necə olur Ukrayna, Gürcüstan və dünyanın müxtəlif bölgələrində Qərb və Avropa, beynəlxalq birlik separatizmə qarşı mövqelərini briləşdirdiyi halda, Azərbaycandakı eyni separat meyllərə fərqli yanaşma sərgiləyir. Azərbaycan belə ədalətsiz yanaşmanı qətiyyətlə pisləyir və öz ərazisində də belə hallara imkan verməyəcək. Azərbaycan beynəlxalq hüquqla tanınan ərazisi daxilində hər hansı separat meyllərin qarşısını sərt formada alacaq və bu onun legitim hüququdur, kimsə buna görə, ölkəmizi qınaya bilməz. Terrorçu-quldurlar könüllü təslim olmazlarsa, o zaman antiterror əməliyyatı nəticəsində tərksilah edirlərək, əllərinin qandallanıb ədalək mühakiməsi qarşısına çıxarılmasına çox az qalıb. Havadarları belə onları xilas edə bilməyəcək. Artıq bu prosesə start verilib. Bir-bir saxlanılaraq istintaqa cəlb edilirlər. Dövlət başçısı dünyaya onu da bəyan etdi ki, artıq ermənilərin  sülh seçimi ən yaxşı və qat-qat yaxşı arasında deyil, çox pis və qəbulolunan arasındadır. Ermənilər sülhdən yayındıqca Bakının  daha ağır şərtləri ilə üzləşib, qəbul etmək zorunda qalırlar.Artıq sülh danışıqlarının gündəliyində  vaxtı ilə Ermənistan ərazisindən deportasiya olunan yüz minlərlə soydaşımızın geri dönüb, onların təhlükəsizliyinə təminat verilməsi, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması, Qarabağdakı azlıq təşkil edən erməni icmasının reinteqrasiya məsələsində Bakı ilə bribaşa danışıqlar aparması, Qarabağda yaşayan ermənilərin ehtiyaclarının ödənilməsi üşün Ağdam-Xankəndi yolunun açılması və sair bu kimi şərtlər  qəbul edilib. Əgər erməni tərəfi sülhə hazırdırsa, Bakı sülhü imzalamağa hazırdır. Odur ki, ermənilər bu mesajları ciddi dəyərləndirib nəticə çıxarmalıdırlar. Yox,  yenə də sülh prosesini pozub, vaxt qazanmağa cəhd edəcəklərsə,  nəticəsi yaxşı olmayacaq. Seçim ermənilərindir. Ziyanın yarısından qayıtmaqda da  fayda var. Ermənilər Bakının mövcud şərtləri daxilində qəbulolunan variantı seçərlərsə, üzləşdikləri məğlubiyyətdən xilas ola bilərlər. Yoxsa, daha ağır şərtlər altında sülh sazişi imzalamaq məcburiyyətində qalacaqlar”.