Deputat müəllimlərin imtahan prosesini izlədi

Ölkəmizdə Təhsil sahəsində müəllimlərin Sertifikasiyadan keçməsi prosesinə start verilib.
Sertifikatlaşdırma -müəllimlərin davamlı inkişafı prosesi kimi nəzərdə tutulur. Davamlı öyrənmə mühiti isə müəllim-şagird-ailə üçbucağının əsas qayəsidir.  Bunu Milli Məclisin deputatı İltizam Yusifov bilidirb. Millət vəkili qeyd edib ki, burada müəllim amili peşəkar, motivasiya edən və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. Müəllimlərin bilik və bacarıqlarının sertifikasiya vasitəsi ilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə hesablanıb.
20-24 iyun 2023-cü il tarixlərində bütün ölkə üzrə 28 minə nəfərə yaxın təhsilverənin 23 mərkəzdə sertifikatlaşdırma prosesində iştirakı nəzərdə tutulur.
  Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli, Şirvan Salyan Reqional Təhsil idarəsinin müdiri Sənan Mənsimli və yerli təhsili idarəetmə qurumlarının rəhbərləri ilə birlikdə Şirvan şəhərində keçirilən test imtahanlarını gedişatını izlədik.
 deputat qeyd edib ki,Şirvan şəhərində keçirilən imtahanlara Şirvan-Salyan, Mil-Muğan və Lənkəran-Astara regional təhsil idarələrinə aid müəssisələrdə çalışan müəllimlər cəlb olunublar. Müşahidələrimiz, gördüklərimiz, dinlədiklərimiz sertifikatlaşma prosesinin yüksək səviyyədə təşkil olunduğunu və tam şəffaf olmasını deməyə əsas verirdi.