Soltan Məmmədov tədbirdə iştirak etdi

Britaniya Kralı III Çarlzın doğum günü münasibətilə təşkil olunan tədbirdə iştirak edib.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov sosail çəbəkədə qeyd edib.

Millət vəkili bildirib ki,Britaniya səfiri Ferqus Ouldun Azərbaycan dilində çıxışı bu tədbirin ən maraqlı və yaddaqalan məqamlarından biri idi.

Britaniya Azərbaycanda 34 milyard sərmayə ilə ən böyük xarici investordur. Bu gün 170-dən çox azərbaycanlı tələbə dövlət proqramı çərçivəsində Britaniyanın 35 univesitetində təhsil alır. Bütün bunlar iki ölkə arasında münasibətlərin çoxşaxəli inkişafının göstəricisidir. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ötən dövrdə Britaniya parlamenti ilə əməkdaşlığın möhkəmləndirilməsi üçün bir sıra mühüm addımlar atıb. Yüksək səviyyəli siyasi münasibətlər, iqtisadi, geosiyasi amillər münasibətlərin bütün sahələrdə inkişafı üçün yaxşı zəmin formalaşdırıb.deyə bilidrib.