Deputat: “O həm də qayğıkeş anadır”

“Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, gənc, istedadlı və mərhəmətli Leyla xanım Əliyevanın növbəti doğum günüdür. Leyla xanım Əliyeva Azərbaycan tarixində, ictimai siyasi həyatında böyük bir imzası olan nəslin və ailənin davamçısıdır”. Bu sözləri  deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Leyla xanımın bütün addımları onun ata-baba ocağına sadiqliyini və bu gözəl ənənələrin ləyaqətli davamçısı olduğunu ortaya qoyur: “Leyla xanım haqqında danışarkən birinci növbədə onun humanistliyini, insanpərvərliyini, uşaqlara mərhəmətini, incəsənətə və mədəniyyətə olan bağlılığını mütləq qeyd etməliyik”.

Deputat sözlərinə belə davam edib: “O həm də qayğıkeş bir anadır. Leyla xanım yalnız öz övladlarına deyil, minlərlə Azərbaycanlı uşağa analıq etmək iqtidarında olan və bu missiyanı şərəflə həyata keçirən Azərbaycanlı qızı və gəncidir. Bir daha onu doğum günü münasibətilə təbrik edir, ona hər zaman yüksəliş, can sağlığı və xoşbəxtlik arzu edirəm”.