Yasmin Pəhləvi Bakıda

İran şahının varisi Rza Pəhləvinin həyat yoldaşı Yasmin Pəhləvi Bakıya gəlib.
Yasmin Pəhləvi Bakı çimərliklərinin birində çəkilmiş videosunu sosial şəbəkədə paylaşıb.

O, öz paylaşımında Azərbaycana dəvətlə gəldiyini bildirib.

“Mən ilk dəfə Xəzər dənizinin sularına qərq olanda keçirdiyim dərin hissləri sizinlə bölüşmək istəyirəm. Ölkəmin sahillərindən cəmi bir neçə saatlıq məsafədə olduğumu başa düşmək o qədər qəribə idi ki”, – deyə Pəhləvi yazıb.