Deputat Partiya sədrinin saxta vətənpərvərliyini belə ifşa etdi-Fotofakt

Müsavat Partiyasının başqanı Arif Hacılının baş verən terror hadisəsi ilə bağlı özünün feysbuk səhifəsndə etdiyi paylaşım ilə bağlı Milli Məclisin deputatı Şahin İsmayılov XALQ.AZ-a açıqlama verib.

Deputat bilidirb ki, post müharibə dövründə, həssas bir dönəmdə yaşadığımız, dövlətçilik məsələləri, xalq birliyinin təcəssüm etdiyi bir vaxtda Müsavat Partiyasının başqanı Arif Hacılının baş verən hadisələri özünün çirkin əməlləri üçün istifadə etməsi açıq şəkildə görünür.
Özünü xalq sevdalısı kimi qələmə vermək istəyən müxalifət partiyasının rəhbəri nədənsə erməni canilərinin törətdiyi terror hadisəsinə münasibət bildirərkən mətnin tərkibində nə erməni, nə də terror sözünü istifadə etmir. Baş verən hadisəni siyasi alətə çevirmək istəyən bu şəxs heç terror qurbanı olan insanlarımıza rəhmət dilədiyini belə dilə gətirməyib. Təəssüf ki, ümummilli maraqların hər şeydən üstün olmalı olduğu məsələdə Müsavat Partiyasının beynəlxalq təşkilatlara müraciət etməsi haqqında məlumat yoxdur.
Arif Hacılı yenə xalqa və dövlətçiliyə dəstək olmaq əvəzinə özünün hakimiyyət maraqlarını çirkin şəkildə ortaya qoydu. O, nəinki siyasi mədəniyyət, dövlətçilik prinsiplərini nümayiş etdirə bilmədi, heç vətəndaşlıq mövqeyini də ortaya qoya bilmədi. Millət vəkili bildirib ki,vətəndaşlar xalqa və dövlətə sədaqətlə xidmət edən cənab Ali Baş Komandanın ətrafında sıx birləşib. Erməni terrorunu belə özünün maraqları üçün alətə çevirmək istəyən bu qüvvələrin səyi heç bir nəticə verməyəcək. Əksinə qalib dövlətin insanları hər şeyi çox yaxşı bilir deyə Şahin İsmayılov qeyd edib.