F1 sıralama turunun qalibləri bəlli oldu

Bakıda keçirilən Formula 1 üzrə Qran-Prinin sıralama turunun qalibi bəlli olub.

XALQ.AZ xəbər verir ki, “Ferrari”nin pilotu Şarl Lekler 1-ci pilləyə sahib çıxıb.

“Mersedes”in 7 qat dünya çempionu pilotu Luis Hemilton 2-ci, “Red Bull”un üzvü Maks Verstappen isə 3-cü olub.