Deputat qazilərlə görüşdü-Fotolar

Milli Məclisin deputatı Elnur Allahverdiyev Vətən müharibəsi qaziləri ilə görüşdü.

XALQ.AZ xəbər verir ki, bu görüşlər barədə millət vəkili şəxsi facebook səhifəsində məlumat verib.

Deputat bilirib ki, dairəmizdən Vətən müharibəsinə 158 gəncimiz yollanıb. Qarabağımızın hər qarışı uğrunda qəhrəmancasına döyüşüb, düşmən tapdağı altında olan torpaqlarımızın azad olunmasında iştirak ediblər. Onlardan bir qısmı yaralanıb, ancaq Vətən qarşısında borclarını yerinə yetirdiklərinə görə özlərini xoşbəxt sayırlar.

Ülvin Əliyev, Adil Mirzəyev və Ülvi Salayev də dairəmizin qaziləridirlər. Ülvin ayağından çoxsaylı qəlpə yarası alıb. 4 medalla təltif olunub. Adilin yanında mərmi partlayıb, partlayışdan uçan daş tikilinin altında qalıb, yaralanıb. Ülvi zirehli maşının üstündə olarkən minaatan mərmisin qəlpəsindən yaralanıb, bir ayağı amputasiya olunub.

Hər üçünün qonağı olduq. Keçdikləri döyüş yolundan danışdılar. Belə gəncləri olan xalqa qələbə yaraşır.

Sizinlə fəxr edirik! Qarabağ Azərbaycandır deyə deputat qeyd edib.

XALQ.AZ