Nazir yeni rəis təyin etdi

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

XALQ.AZ məlumat verir ki, bununla bağlı Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Eldəniz Həsənov Gəncə şəhər DYPŞ-nin rəisi vəzifəsinə təyin edilib. O, buna qədər Göygöl DYPB-nin rəisi olub.

Xatırladaq ki GŞBPİ-nin DYP Şöbəsinin rəisi Rəhim Zalov bir neçə gün bundan əvvəl sərəncama götürülüb.