Deputat Qubada görüşlər keçirdi – FOTO

Millət vəkili Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşüb.

Deputat Milli  Məclisin payız sessiyasında  müzakirə  edilməsi  nəzərdə  tutulan məsələlər  barədə  seçicilərini  məlumatlandırıb. Daha  sonra, Vahid  Əhmədov Quba və ətraf  rayonlarda  görülməsi  nəzərdə  tutulan  işlər  barədə  xəbər  verib. Cimi  kəndində  qazlaşmanın  payız  mövsümündə  tamamlanacağı  bildirilib. Qacar  Zeyid  kəndində  isə  yeni  salınmış məhəllənin  tamamilə  qazlaşdırılması  yekunlaşmaq  üzrə  olduğu  qeyd  edilib. Vahid  Əhmədov  seçicilərini  tədris  binalarının  təmir  və  tikintisi  barədə  də  məlumatlandırıb. Deputatın  Elm  və Təhsil  Nazirliyinə  göndərdiyi  sorğulara  ünvanlanan  cavablara  əsasən, Quba  rayonunun  Dağlı, Qımılqışlaq, Qəçrəş,Yenikənd  və  İsnovqışlaq  kənd  tam  orta  məktəblərində, eləcə  də  Rustov kənd  4  saylı  uşaq  bağçasında  cari  təmir  işlərinin  aparılması  nəzərdə  tutulub. Quba  Peşə  liseyinin  tikintisi  üzrə  isə  layihə-smeta  sənədlərinin  hazırlanması  işlərinin  aparıldığı  bildirilib.

Seçicilər  millət  vəkilinin  onlara  göstərdiyi  diqqət  və  qayğını  yüksək  qiymətləndirib.

Görüşdən  sonra, Quba, Qusar, Xaçmaz  və  Şabrandan  gələn  146  nəfər  sakin  deputat  tərəfindən  fərdi  qaydada  qəbul  edilib.Qəbulda,ötən  qəbullardan  sonra  problemləri  həll  olan vətəndaşlar  da  iştirak  edərək  deputata  xüsusi  minnətdarlıqlarını  bildirib. 44  günlük  Vətən  müharibəsi  iştirakçısı,  Quba  rayonu  Möhüc  kənd  sakini  Sahil  Əkbərov  ona  “Müharibə Veteranı” adının  verilməsində  yaranan  problemin  həllinə  görə  Vahid  Əhmədova  öz  təşəkkürünü  bildirib. Sahil  Əkbərov  millət  vəkilini  şəhid  ailələri  və  qazilərin  dayağı  adlandırıb. Qəbul zamanı qaldırılan  məsələlərin  əsasını maddi  yardım, işədüzəlmə, pensiyaların  təyini, məhkəmə  qərarlarının  icrası  zamanı  ortaya  çıxan  qanun  pozuntuları, ev  tikintisi  üçün  torpaq sahələrinin verilməsi  təşkil  edib. Ötən  qəbullardan  fərqli  olaraq, bu  dəfəki  qəbulda  işsizliklə  bağlı  şikayət  edən  sakinlərin  sayında  çoxluq  qeydə  alınıb. Vətəndaşlar millət vəkilindən şimal bölgəsinin işsizlik  probleminin  həllində  önəmli  rol  oynayacaq yeni  emal  müəssisələrin  müəssisələrinin  yaradılması  məsələsini  Milli  Məclisdə  qaldırmağı  xahiş edib.

Bütün qaldırılan məsələlər köməkçi tərəfindən qeydə alınıb və deputatın  tapşırığına uyğun  olaraq həll yolları seçilib. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, qalan  məsələrin  həlli üçün mərkəzi icra hakimiyyəti orqanları və təşkilatlara rəsmi müraciətlər olunacaqdır.

Millət  vəkili ,gün  ərzində, Quba  rayonuna  yeni  təyin  olunmuş icra  başçısı İlqar Mahmudovla da  görüşərək  müəyyən  məsələləri müzakirə  edib, ona  gələcək  fəaliyyətində  uğurlar arzulayıb. Vahid  Əhmədov  icra  başçısının cənab  Prezidentin  verdiyi  tapşırıqların  öhdəsindən  layiqincə  gələcəyinə  ümidvar  olduğunu  bildirərək, ona  gələcək  fəaliyyətində  lazımı  köməyi göstərməyə  hazır  olduğunu  qeyd  edib.

Növbəti  qəbul  oktyabr  ayında  planlaşdırılıb.