Deputat şəhid anasından yazdı

Əslən Zərdab rayonundan olan, Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan gizir Faiq Vəlizadənin anası Göyçək Ana uzun sürən xəstəlikdən sonra bu gün haqqın dərgahına qovuşub.

Çox üzücü xəbər oldu…

Göyçək Ana o qədər mehriban, o qədər şirindil, o qədər şükürlü, o qədər qədirbilən idi ki!..

Dilindən dua, minnətdarlıq kəlmələri heç əskik olmazdı…

Xəstəliklə çox mübarizə apardı.

Ümidini heç itirmirdi.

Faiqin övladları üçün yaşamaq istəyirdi…

Faiqin nəfəsini onlardan alırdı…

Allah rəhmət etsin!

Nur içində yatsın!

Amin!

Jalə ƏLİYEVA, Millət vəkili