Deputat şəhid və qazi ailələrini ziyarət etdi

İslam dininin ən ali dəyərlərini – saflığı, şəvqəti, mərhəməti və birliyi təcəssüm etdirən Ramazan bayramıdır.

İnsanların qəlbində vəhdət və şəfqət kimi ali dəyərləri aşılayan, əsrlər boyunca xalqımızın milli-mənəvi əsasına çevrilmiş bu müqəddəs gün münasibətilə bütün dünya Azərbaycanlılarını və ümum İslam dünyasını səmimi qəlbdən təbrik edirəm.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat qeyd edib ki, bu müqəddəs bayram ərəfəsində biz də Bakı şəhəri Nizami rayonunun şəhid və qazi ailələrinə baş çəkdik, onlara, eyni zamanda aztəminatlı ailələrə bayram sovqatlarımızı çatdırdıq, müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdik.Allah oruc, dua və ibadətlərinizi qəbul etsin, sizlərə möhkəm can sağlığı, süfrələrinizə ruzi-bərəkət, ailələrinizə isə firavanlıq və əmin-amanlıq gətirsin!Müqəddəs Ramazan bayramınız mübarək olsun!