Şuşada “Xarıbülbül” musiqi festivalı-Fotolar

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalına start verilib. 

XALQ.AZ xəbər verir ki, Cıdır düzündə təşkil olunan festivalda musiqi kollektivləri çıxış edirlər. Bununla bağlı fotoları sosial şəbəkələrdə festivala qatılan qonaqlar paylaşıb. 

Qeyd edək ki, festival Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfədir ki, keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan festivalın iki gün – mayın 12-si və 13-də keçirilməsi nəzərdə tutulub. 

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək. Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Prezident İlham Əliyev və ailəsi festivalda iştirak ediblər.

Возможно, это изображение (1 человек)
Возможно, это изображение (1 человек и сидит)

Возможно, это изображение (10 человек, люди стоят, на открытом воздухе и дерево)
Возможно, это изображение (9 человек, люди стоят, люди сидят и на открытом воздухе)
Возможно, это изображение (2 человека, люди стоят, люди играют на музыкальных инструментах и на открытом воздухе)
Возможно, это изображение (4 человека и люди стоят)
Возможно, это изображение (один или несколько человек, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (1 человек, стоит и на открытом воздухе)
Возможно, это изображение (22 человека, люди стоят, военная форма и на открытом воздухе)
Возможно, это изображение (7 человек, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (10 человек, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (8 человек, люди стоят и на открытом воздухе)

***

“Əminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsiniz. Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Xarıbülbül” festivalında iştirakı zamanı deyib. 

Dövlət başçısı bildirib ki, Şuşanın özünəməxsus aurası var: “Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün sözün əsl mənasında musiqi bayramıdır. Bəli biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır”.

Dövlət başçısı bildirib ki, Şuşa qədim Azərbaycan şəhəridir: “Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu”.

“Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq – torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq”. 

Dövlət başçısı bildirib ki, şəhərdə bərpa işləri başlayıb: “Mən qeyd etdim ki, Yuxarı Gövhərağa məscidi artıq təmir olunubdur. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada mən Şuşa məscidinin bənzəri olan məscidi tikdirdim. O vaxt məscidin açılışında demişdim ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”