Deputat şəhid və qazi övladlarını belə sevindirdi-Fotolar

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz hər bir bizim üçün əziz və doğmadır. Qəhrəman Şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ailələrinə diqqət və qayğı göstərmək, Vətənə əmanət övladlarına sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Bunu Milli Məclisin deputatı Əminə Ağazadə bildirib.

1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi günü Millət vəkili Əminə Ağazadə Küdəmir rayonunda şəhid övladlarının görüşüb.

Millət vəkili şəhid övladlarının bayramını təbrik edərək onlara hədiyyələrini təqdim edib.

Vətən torpağı uğrunda canını qurban vermiş şəhidlərimizin bizə əmanət olan ailələrinin problemləri ilə maraqlanan Əminə xanım onların istək və arzularını dinləyib, yerindəcə müvafiq tapşırıqlar verib.