Deputat şəhidlərlə bağlı təklif verdi

“Bizə şəhidlərin oxuduğu məktəbə onların adlarının verilməsi ilə bağlı müraciətlər daxil olur. Təklif edirəm ki, küçələrə adlar verilən zaman şəhidlərin adlarına üstünlük verilsin”.

Bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Qanunvericiliyi şəhid ailələrinin xeyrinə dəyişmək daha yaxşı olar”, – deputat bildirib.