Deputat Şəkidə seçiciləri qəbul edib

115 saylı Şəki seçki dairəsinin deputatı Cavanşir Feyziyev Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində seçiciləri qəbul edib. Görüşə qatılan 21 nəfər seçici müxtəlif məsələlər üzrə suallarını deputata ünvanlayıb. Qaldırılan məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb. İzahat verilib və atılması vacib olan məsələlər müəyyənləşdirilib.

Deputat ölkədə gedən siyasi-iqtisadi proseslər haqqında, dövlət və parlament tərəfindən beynəlxalq siyasət sahəsində aparılan fəaliyyətlər haqqında, həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan abadlıq-quruculuq işləri barəsində seçicilərə ətraflı məlumat verib. Şəki sakinləri ölkədə və eləcə də Şəkidə aparılan genişmiqyaslı quruculuq işlərindən razı qaldıqlarını bildirib və  ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.