Deputat seçicilərinə- Hər bir müraciətinizi diqqətdə saxlamağa və həllinə çalışacağıq.

“Qarabağda qazandığımız böyük qələbə ilə tarixə zəfər ili kimi düşən 2020-ci ili yola saldıq. Bu il şanlı ordumuz Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoyaraq torpaqlarımızı düşməndən azad etdi. Bütün dünya Azərbaycan Ordusunun döyüşlərdə göstərdiyi şücaətin şahidi oldu”.

XALQ.AZ xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, mənfur düşmənin təxribatları nəticəsində yaşadığımız 44 günlük müharibə ilə yanaşı bütün dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən 2020-ci il ölkəmiz üçün ikiqat ağır oldu.Ötən dövr ərzində bütün çətinliklərə baxmayaraq bizə ünvanlanan hər bir müraciəti diqqətlə təhlil etdik, səlahiyyətimiz çərçivəsində əksəriyyətinin həlli üçün çalışdıq. Məlum səbəblərdən yetəri qədər birbaşa görüşlər keçirə, canlı təmaslarda ola bilməsək də, mütəmadi olaraq təşkil etdiyimiz onlayn görüşlər vasitəsilə problemlərinizi dinləməyə müvəffəq olduq. Eyni zamanda, whatsap xəttimiz (0554208040) və Bərdə rayon YAP binasındakı ofisimiz (həmçinin rayon üzrə telefon xəttimiz – 0202050095) hər zaman müraciətlərə açıq olmuşdur. Əziz bərdəlilər!Vəd etdiyimiz kimi müraciətləriniz əsasında görülən işlər haqqında 2020-ci ilin hesabatını sizə təqdim edirəm. Cari ildə ümumi olaraq seçicilərimiz tərəfindən 553 müraciət daxil olmuşdur. Bunlardan 310-u mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yönləndirdiyimiz sorğu nəticəsində həll olunmuş, 188-i isə aidiyyəti üzrə icraatdadır. 55 müraciət qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün əsassız sayılmışdır.Qalib ölkənin vətəndaşları olaraq qarşılayacağımız növbəti ildə də fəaliyyətimizi şəffaflıq və hesabatlılıq prinsipi ilə davam etdirəcək, hər bir müraciətinizi diqqətdə saxlamağa və səlahiyyətlərimiz çərçivəsində həllinə çalışacağıq.

Problemlərin öhdəsindən birlikdə gələcəyik! Çünki biz birlikdə güclüyük!

На изображении может находиться: текст «Barda şahar 93 saylı seçki dairasi üzra 2020-ci il arzinda daxil olmuş müraciatlarin halli haqqında malumat 34% tamin edilmiş müraciatler 56% 10% qanunvericiliyin talablerina uyğun olmayan müraciatlar aidiyyati üzra icraatda olan müraciatlar»
На изображении может находиться: текст «Barda şahar 93 saylı seçki dairasi üzra 2020-ci il arzinda daxil olmuş müraciatlarin ünvanlandığı taraflar 11% 11% 12% Markazi iH va MİH orqanlarının yerli qurumlarına ünvanlanan 49% Yerli H orqanlarına ünvanlanan 28% -Aidiyyati üzra digar qurumlara ünvanlanan Deputat tarafindan baxılan»
Нет описания фото.

XALQ.AZ