Deputat seçicilərlə görüşdü

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Yasamal rayonunun bir qrup sakinləri ilə görüş keçirib.
Görüşdə iştirak edən vətəndaşlardan Zakir Kərimov,Yaşar İsmayılov, Cabbar Kərimov, Şakir Manafov, Sabir Kərimov,Nazim Əlibəyov, Ağamalı Baxşəliyev, Firəngiz Ziyadova, Nailə Əliyeva, Leyla Kazımova, Mənsurə Muradova, Gülnigar Həsənova və Günel Həsənova əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, Yasamal rayonu, Yeni Yasamal – 2 yaşayış sahəsi, 10 saylı ünvanda inşası yarımçıq qalmış yaşayış binasında yaşayan sakinlərin və məcburi köçkün ailələrinin binanın dözülməz həddə olan vəziyyəti ilə əlaqədar qaldırdıqları haqlı tələblərinin müsbət həll edilməsinin, Məhəmməd Xiyabani küçəsi,5-ci binanın həyətində yaradılmış parkda işiqlandırma sisteminin başa çatdırılmasının, mərkəzləşdirilmiş qaydada verilən istiliyin itkisinin qarşısının alınması üçün binadaxili istilik sistemi xətlərinin dəyişdirilib yenidən qurulduqdan sonra ana xəttə qoşulmasının, 188 saylı MTK-yə məxsus 9-cu binanın lift sisteminə görə “Azərişıq” İstehsalat Birliyi tərəfindən tələb olunan 12(on iki) min manatın qanuniliyinin araşdırılmasının, sərf edilmiş suyun pulunun ödənilmədiyi halda “Azərsu” ASC-nin işçiləri tərəfindən xəbərdar edilmədən su xətlərinin kəsilib primitiv üsulla mıxçalarla bərkidilməsinə son qoyulmasının, Əsəd Əhmədov küçəsində yerləşən müharibə veteranlarının yaşadıqları binanın sakinlərinə verilmiş xidməti mənzilləri onların şəxsi mülkiyyətinə çevrilməsinin, həmin binanın istilik sisteminin və su novalçalarının təmir edilməsinin, binanın su anbarının “Azərsu” ASC-nin balansına keçirilməsinin, xeyir-şər yerindən keçən kanalizasiya sisteminin izolizasiya edilməsi və döşəməsinin salınmasının, həyətdə oturacaq yerlərinin quraşdırılmasının, şəhid ailələrinin yaşadıqları 31 saylı binanının istilik sisteminin təmir edilməsinin, zəbt edilmiş zirzəminin vətəndaşların ümumi istifadəsinə verilməsinin, birinci Qarabağ müharibəsi şəhidləri ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

XALQ.AZ