Əfv Komissiyasının sonuncu iclası keçirildi

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

XALQ.AZ-ın məlumatına görə, bununla da Komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdırıb.

Bu müddətdə ümumilikdə 1000-dən çox müraciətə baxılıb.

Komissiya sənədləri ümumiləşdirərək Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.