Deputat seçicilərlə görüşdü-Fotolar

XALQ.AZ xəbər verir ki, millət vəkili Elnur Allahverdiyev Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının binasında seçiciləri ilə növbəti görüşün gerçirib. Millət vəkilinin qərargahından verilən məlumatda qeyd edilir ki,ölkədə karantin rejiminin yumşaldılması və bir sıra qadağaların aradan qaldırılması ilə əlaqədar görüş real formatda keçirilib. Ancaq sosial məsafə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək şərti ilə. Millət vəkili görüşdə bildirib ki,mart ayından bu yana əksər iş yerlərinin bağlı olması səbəbi ilə özəl sferada çalışan seçicilərimizin içində işsizlik sarıdan əziyyət çəkənlər var. Məlumatda vurğulanır ki, görüşdə iştirak edən sakinlərin məşğulluqla bağlı istəklərini dinlənilib. 

XALQ.AZ