Polis Makqreqoru saxladı

UFC çempionu Konor Makqreqor Fransaya aid Korsika adasında polis tərəfindən saxlanılıb.
XALQ.AZ xəbər verir ki, buna səbəb irland döyüşçünün qeyri-etik davranışları olub. Makqreqor nümayişkaranə cinsi davranışda günahlandırılır. 
32 yaşlı irlandiyalı Korsika adasında tətildə olarkən onun barəsində sentyabrın 10-da polisə şikayət daxil olub. İttihamların digər təfərrüatları açıqlanmayıb.