Deputat Sumqayıtda vətəndaşlarla görüşdü
Milli Məclisin deputatı Elnarə Akimova seçicilərlə görüş keçirib.
Qeyd edək ki, deputat qəbula gələn vətəndaşların müraciətlərini dinləyib, onları narahat edən məsələlərlə tanış oldu. Müraciətlər hər zaman olduğu kimi, mənzil təminatı, məişət, məşğulluq və hərbi sahə ilə bağlı məsələlər ətrafında idi. Bir seçicim isə mədəniyyətlə bağlı maraqlı təkliflərlə gəlmişdi yanıma. Hər bir vətəndaşı diqqətlə dinlədim, bəzisi ilə bağlı müraciətimi yerində həll etməyə çalışdım. Digərlərinin həlli istiqamətində də imkanım və səlahiyyətim çərçivəsində müvafiq addımlar atacaq, lazımi qurum və instansiyalara müraciət edəcəyəm deyə bildirib.